ELTA DEVELOPMENT QSC şirkətlə və onun fəaliyyətləri ilə əlaqədar bütün işçilər üçün əsas sağlamlıq və əməyin təhlükəsizliyi siyasətini inkisaf etdirmək və onu qoruyub saxlamaq öhdəliyini üzərinə götürüb.
Yüksək səviyyəli sağlamlıq və əməyin təhlükəsizliyinin təminatı Şirkətin digər dəyərləri olan ətraf mühitin mühafizəsi, əməyin məhsuldarlığı, müştəri xidmətləri və səmərəliliyi kimi dəyərləri ilə eyni əhəmiyyətə malikdir. Şirkətin digər dəyərləri ilə təhlükəsizlik arasında ziddiyyət yaranarsa, ilk öncə əməyin təhlükəsizliyinə üstünlük veriləcəkdir.
Şirkət aşagıdakıları təmin etməyə çalışacaq: • Sağlamlıq və əməyin Təhlükəsizliyi təşkilat daxilində və xaricində inkişaf etdirilir. • Təhlükəsiz iş sistemləri müəyyən edilir və qəbul olunur. • Bütün tətbiq ediləbilən normativ tələblərə uyğunluq qorunub salxanılır. • Riskin qiymətləndirilməsinin müvafiq səviyyələri bütün fəaliyyətlərə tətbiq ediləcək. • Informasiya mübadiləsi, təlimat, treyninq və nəzarət yolu ilə işçilərə potensial risk faktorları və görüləcək lazımi ehtiyat tədbirləri barədə məlumat verilir. • Isçilər sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı tədbirlərin hamısında bütünlüklə istirak edir və fəaliyyət standartlarının təkmilləsdirilməsinə dair bütün təkliflər fəal şəkildə dəstəklənir. • Insidentlərin (faktiki və potensial) birbaşa və baslıca səbəbləri müəyyən edilir və onların yenidən baş verməsinin qarşısını almaq üçün bu barədə məlumat çatdırılır.
Səmərəli olaraq qalmasını təmin etmək məqsədilə, lazım gəldikdə, bu siyasətə davamlı şəkildə yenidən baxılaraq düzəlişlər ediləcək.